Əbülfəs Qarayev: “Lisenziyaların ləğvi o demək deyil ki, turizm sahəsi nəzarətsiz qalacaq”

Əbülfəs Qarayev: “Lisenziyaların ləğvi o demək deyil ki, turizm sahəsi nəzarətsiz qalacaq”
# 29 yanvar 2016 09:05 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Azərbaycanda Ümumi Daxili Məhsulda turizmin payı 1 milyard 300 milyon manatdır, ÜDM-in 4 faizi bu sektorda formalaşır”.


APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.

Nazir bu vəsaitin Azərbaycana gələn turistlərdən və daxili turizmdən daxil olduğunu söyləyib. Ə. Qarayev bu sahədə lisenziyaların ləğv olunmasının turizm obyektlərində qiymətlərin aşağı enməsinə təsir edəcəyini gözləmədiyini də vurğulayıb: “Biz lisenziyaları verəndə heç kəsə əziyyət vermirdik, turizm obyektləri lisenziyaları internet vasitəsilə alırdılar. Ancaq xahiş edirəm, nəzərə alınsın ki, lisenziyaların ləğvi o demək deyil ki, turizm sahəsi nəzarətsiz qalacaq. İnsanların hansısa məsuliyyətsiz turist təşkilatının fəaliyyəti nəticəsində əziyyət çəkməsinə yol verməyəcəyik. Turizm obyektlərinə müxtəlif formalarda - bank təminat miqdarlarının hesabına, keyfiyyət dərəcələrinin müəyyənləşdirilməsi vasitəsilə nəzarət edəcəyik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR