Meksikada qrip epidemiyasından 84 nəfər ölüb

Meksikada qrip epidemiyasından 84 nəfər ölüb
# 12 mart 2016 03:25 (UTC +04:00)

Bakı-APA. Meksikada martın 3-dən etibarən qrip epidemiyasından ölənlərin sayı 84 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə nazirliyindən bildiriblər.

Beləliklə, ötən ilin oktyabrından Meksikada qripdən ölənlərin sayı 182-yə çatıb. Həmçinin, son altı ayda ölkədə 140 nəfər “donuz qripi”dən A(H1N1) ölüb.

Epidemiya əsasən Mexiko, Xalisko, Tlaslala və Puebla ştatlarını və ölkənin paytaxtını əhatə edib.

Qeyd olunur ki, bir çox məktəb və uşaq bağçaları müvəqqəti olaraq fəaliyyətlərini dayandırmalı olublar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR