Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni düşmən hesab edirlər

Rusiyalılar ABŞ, Ukrayna və Türkiyəni düşmən hesab edirlər
# 02 iyun 2016 09:37 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Rusiyalılar düşmən hesab etdikləri ölkələrin adlarını açıqlayıblar.

APA-nın “Vedomosti” saytına istinadən verdiyi məlumata görə, “Levada” mərkəzinin əhali arasında apardığı sorğu respondentlər ABŞ, Ukrayna və Türkiyəni düşməni hesab etdiklərini bildiriblər.

Sorğu iştirakçılarının 72 faizi hesab edir ki, Rusiyanın ən böyük düşməni ABŞ-dır. Respondentlərin 48 faizi Ukraynanı, 29 faiz isə Türkiyəni düşmən göstərib.

Qeyd edək ki, ötən il keçirilən sorğu zamanı respondentlərin 37 faizi Ukraynanı, 1 faizi Türkiyəni düşmən hesab etdiyini açıqlayıb.

Onu da əlavə edək ki, sorğu iştirakçılarının 40 faizi Belarusu, 39 faizi Qazaxıstanı, 34 faizi isə Çini dost ölkə hesab edir. Respondentlərin 10 faizi Suriyanı Rusiyanın dostu adlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR