Ermənistanın müdafiə nazirinin sabiq müavininin həbsi 2 ay müddətinə uzadılıb

Ermənistanın müdafiə nazirinin sabiq müavininin həbsi 2 ay müddətinə uzadılıb
# 14 iyun 2016 18:26 (UTC +04:00)

Bakı-APA. İrəvan məhkəməsi 2015-ci ilin noyabrın 25-də zərərsizləşdirilmiş silahlı qrupla əlaqədə şübhəli bilinən Ermənistanın müdafiə nazirinin sabiq müavini Vahan Şirxanyan barəsində çıxarılan həbs qətimkan tədbirini 2 ay müddətinə uzadıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə sabiq məmurun vəkili bildirib.

“Məhkəmə həbsin girovla əvəzlənməsinə dair müdafiənin vəsatətini təmin etməyib”, - deyə vəkil bildirib. Vəkil məhkəmənin qərarına apelyasiya şikayəti verəcəklərini bildirib.

Qeyd edək ki, Ermənistan müdafiə nazirinin sabiq birinci müavini, baş nazirin sabiq müavini Vahan Şirxanyan 2015-ci ilin dekabrında həbs olunub.

V. Şirxanyan Artur Vardanyan adlı şəxsin yaratdığını cinayətkar dəstə ilə əlaqədə ittiham edilir.

Qeyd edək ki, 2015-ci ilin noyabrın 25-də İrəvanda dövlət institutlarına və vətəndaşlara qarşı cinayət aktlarının həyata keçirilməsini planlaşdırılan dəstə zərərsizləşdirilib.

Cinayət işi ilə bağlı 25 nəfər həbs edilib.

Vahan Şirxanyan 1995-1999-cu illərdə Ermənistan müdafiə nazirinin birinci müavini və baş nazirin müavini vəzifələrində çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR