"KredoBank" mənfəətliliyini qoruyur

"KredoBank" mənfəətliliyini qoruyur
# 02 iyun 2016 10:29 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. “KredoBank”ın aktivləri mayın 1-ə 190,262 mln. manat təşkil edib.

"APA-Economics" bankın prudensial hesabatına istinadən xəbər verir ki, mayın 1-ə kredit portfelinin həcmi 126,788 mln. manat təşkil edib.


Bankın depozit portfelinin həcmi 37,025 mln. manatdır.


Hesabat dövrünə bankın öhdəliklərinin həcmi 119,776 mln. manata çatıb.


Qeyd olunan dövr üçün bankın nizamnamə kapitalı 68,940 mln. manat, məcmu kapitalı isə 70,485 mln. manat təşkil edib.

Qeyd edək ki, "KredoBank"ın mayın 1-ə əldə etdiyi mənfəət 162,74 min manata bərabərdir.

Əlavə edək ki, prudensial hesabat ötən ilin analoji dövrü üçün açıqlanmadığından müqayisə aparmaq mümkün olmayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR