Hüseyn Bağırovun Ağsu şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib

Hüseyn Bağırovun Ağsu şəhərində vətəndaşlarla görüşünün tarixi dəyişdirilib
# 24 may 2016 08:34 (UTC +04:00)

Bakı-APA. Ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırovun Ağsu şəhərində Göyçay, Şamaxı, Qobustan və Kürdəmir rayonlarında yaşayan vətəndaşlarla mayın 27-də nəzərdə tutulmuş görüşü iyunun 3-ə dəyişdirilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, görüş saat 10:00-da Uşaq Yaradıcılıq Mərkəzində (ünvan: Ağsu şəhəri, M.Rəsulzadə 174) keçiriləcək.

Qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün[email protected][email protected]elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 “Qaynar xətt”i ilə əlaqə saxlamaları, həmçinin 6 saylı Ekologiya və Təbii Sərvətlər şöbəsinə (Göyçay şəhəri, Rauf İsayev küçəsi 42) müraciət etmələri (əlaqə telefonları: 020-274-35-15, 055-455-41-21, 050-668-29-31) xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR