Qızıl 4 dollara yaxın bahalaşıb

Qızıl 4 dollara yaxın bahalaşıb
# 08 iyun 2016 07:07 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Amerika fond bazarında Dow Jones indeksi 0,10% - 17 938,28 bəndədək, S&P 500 0,13% - 2 112,13 bəndədək artıb, NASDAQ 0,14% - 4 961,75 bəndədək azalıb.


APA-Economics” xəbər verir ki, Avropa fond bazarlarında FTSE 100 indeksi 0,18% - 6 284,53 bəndədək, Fransa CAC-40-ı 1,19% - 4 475,86 bəndədək, Almaniya DAX-ı 1,65% - 10 287,68 bəndədək bahalaşıb.

COMEX-də sonuncu hərraclarda qızılın unsiyası 3,90 dollar bahalaşaraq 1 250,90 dollara, gümüş isə 0,07 dollar artaraq 16,47 dollara satılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR