Bakıda keçmiş məhkumdan 15 kq-dan çox narkotik vasitə götürülüb

Bakıda keçmiş məhkumdan 15 kq-dan çox narkotik vasitə götürülüb
# 26 yanvar 2016 13:24 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı sakinindən xeyli miqdarda narkotik vasitə götürülüb.

APA-nın DİN-in saytına istinadən verdiyi məlumata görə, Yasamal rayon 29-cu Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Vitaliy Konstantindən 37,23 qram marixuana götürülüb. Onun mənzilinə baxış zamanı isə əlavə olaraq 15 kiloqram 570 qram marixuana da aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR