“FINCA Azerbaijan” ödənişlərdə çətinlik çəkən müştərilərinə güzəştlər təklif edir

“FINCA Azerbaijan” ödənişlərdə çətinlik çəkən müştərilərinə güzəştlər təklif edir
# 11 mart 2016 09:27 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatı hazırkı iqtisadi şəraitdə kredit ödənişlərində çətinlik çəkən müştərilərinə fərdi yanaşaraq onlara daha rahat ödəniş imkanları təklif edir.

“FINCA Azerbaijan”dan “APA-Economics”ə verilən məlumata görə, təşkilat müştərinin istəyinə uyğun olaraq hər iki valyutada olan kreditlərin ödəniş müddətini uzatmaq, dollar kreditlərini manata konvertasiya etmək, gözləmə müddəti və illik faiz endirimləri vermək və fərdi ehtiyaclara uyğun digər güzəştlər etməyi nəzərdə tutur.

“FINCA Azerbaijan”ın bu güzəşt təklifləri devalvasiyadan sonra yaranmış iqtisadi mühitdə müştərilərə kredit öhdəliklərini zəifləmiş ödəniş qabiliyyətlərinə uyğun geri ödəməyə şərait yaratmaq və onlara müsbət kredit tarixçələrini qorumağa kömək etmək məqsədi daşıyır.

Hazırda kredit ödənişlərində çətinlik çəkən hər bir müştəri FINCA filiallarına yaxınlaşaraq bu imkanlardan faydalana və real güzəştlərdən yararlana bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR