Əsəd: Rusiya və İranın dəstəyi terrorçuluqla mübarizədə Suriyaya kömək oldu

Əsəd: Rusiya və İranın dəstəyi terrorçuluqla mübarizədə Suriyaya kömək oldu
# 20 mart 2016 04:33 (UTC +04:00)

Bakı-APA. Suriyanın müttəfiqlərinin hərbi və siyasi dəstəyi, xüsusən də Rusiya və İranın dəstəyi, terrorçuluqla mübarizədə Suriya xalqının konsolidasiyasına kömək edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Suriya prezidenti Bəşər Əsəd İranın Xarici əlaqələr üzrə Strateji Şurasının rəhbəri Kamal Harrazi ilə görüşdə bildirib.

Prezident qeyd edib ki, dost ölkələrin dəstəyi təhlükəsizliyin bərpa olunması və suriyalılara ölkənin gələcəyini özləri tərəfindən müəyyən edilməsi üçün şərait yaradıb.

“Suriya xalqının və müttəfiqlərin terrorçuluqla mübarizədə qələbəsi daha da balanslaşdırılmış və ədalətli sülhün yaradılmasına öz tövhəsini verəcək”, - deyə Əsəd bildirərək, Qərbi öz iradəsini Suriyaya yeritmək niyyətində olmaqda ittiham edib. “Suriya xalqı, ilk növbədə, ölkənin müstəqil, suveren olmasını istəyir”, -deyə Əsəd əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR