Bakı sakininin meyiti avtomobilində tapılıb

Bakı sakininin meyiti avtomobilində tapılıb
# 01 fevral 2016 07:19 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda qarajdan meyit tapılıb.

APA-nın məlumatına görə, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Nurəddin Şahmuradovun meyiti yaşadığı evin həyətində yerləşən qarajda avtomobilinin içərisində aşkar edilib.

İlkin ehtimala görə, N. Şahmuradov dəm qazından boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR