Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının toplantısı keçirilib

Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının toplantısı keçirilib
# 19 aprel 2016 10:59 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Azərbaycanın Yaponiyadakı səfiri Gursel İsmayılzadə Yaponiya-Azərbaycan parlamentlərarası dostluq liqasının illik toplantısında iştirak edib.

APA-nın xəbərinə görə, G. İsmayılzadə Dağlıq Qarabağ münaqişəsində hazırkı vəziyyətlə bağlı iştirakçıları məlumatlandırıb. Səfir cəbhə xəttində baş verən son gərginlikdən danışıb və Ermənistan silahlı qüvvələrinin mülki obyektləri nişan aldığını, cəbhə xəttinə yaxın ərazilərdə məskunlaşan mülki şəxslərə qarşı təxribatları davam etdirdiyini deyib. O qeyd edib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll oluna bilər.

Yapon parlamentarlar cəbhə xəttində baş verən son gərginliklə bağlı bu narahatlıqları bölüşdüklərini və münaqişənin tezliklə sülh yolu ilə həllinə ümidvar olduqlarını söyləyiblər. Onlar Yaponiya-Azərbaycan siyasi, iqtisadi, mədəni əməkdaşlığının vacibliyini diqqətə çatdırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR