Avropa İttifaqı Türkiyə ilə miqrasiya sazişi üzrə koordinator təyin edib

Avropa İttifaqı Türkiyə ilə miqrasiya sazişi üzrə koordinator təyin edib
# 20 mart 2016 10:03 (UTC +04:00)

Bakı-APA. Avropa Komissiyasının sədri Jan-Klod Yunker Marten Varveyi Avropa İttifaqının Türkiyə ilə miqrasiya sazişinin həyata keçirilməsi üzrə koordinator təyin edib.

APA-nın məlumatına görə, bu barədə “RİA Novosti” agentliyinə Avropa İttifaqının mətbuat xidmətindən məlumat verilib.

J. K. Yunker deyib ki, M. Vervey Avropa İttifaqı, o cümlədən Yunanıstandan 4 min mütəxəssisin işini təşkil edəcək və əlaqələndirəcək. M. Vervey Qaçqınlara Sığınacaq Təqdim Edilməsi üzrə Avropa Bürosu və Xarici Sərhədlərə Nəzarəti üzrə Avropa Agentliyinin (Frontex) də işini əlaqələndirəcək.

Qeyd edək ki, Avropa İttifaqına üzv ölkələrin liderləri martın 18-də Türkiyənin baş naziri Əhməd Davudoğlu ilə miqrasiya sazişi imzalayıblar. Sazişdə Türkiyədən Yunanıstana keçən bütün qeyri-leqal miqrantların geri qaytarılması, əvəzində suriyalı qaçqınların qəbul edilməsi ilə bağlı Türkiyə 6 milyard dollar həcmində yardım ayrılması, Türkiyə vətəndaşları üçün Avropa İttifaqı ölkələrinə vizasız rejim tətbiq olunması qərara alınıb. Martın 20-dən başlayaraq Egey dənizi ilə Türkiyədən Yunanıstana keçən miqrantlar geri qaytarılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR