Almaniyada bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib

Almaniyada bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib
# 08 avqust 2016 22:11 (UTC +04:00)

Bakı-APA. Almaniyanın Maqdeburq şəhərində bıçaqla silahlanmış naməlum şəxs yoldan keçənlərə hücum edib.

APA-nın “Gazeta.ru”-ya agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində 64 yaşlı qadın yaralanaraq xəstəxanaya çatdırılıb. Onun həyatına təhlükə olmadığı bildirilir.

Hadisənin motivi və təfərrüatları hələ ki, məlum deyil. 25-35 yaşlarında olduğu təxmin edilən cinayətkarın tutulması üçün polis bölgədə axtarışlara başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR