Şəmkirdə 42 yaşlı kişi zəhərlənib

Şəmkirdə 42 yaşlı kişi zəhərlənib
# 24 fevral 2016 05:58 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə faktı qeydə alınıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, ötən gecə rayonun Düyərli kənd sakini, 1974-cü il təvəllüdlü Rafiq Rzayev gəmiriciləri məhv etmək üçün istifadə olunan mərgümüş adlanan maddə ilə zəhərlənmə əlaməti ilə Şəmkir rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta-ağır olduğu bildirilir. R. Rzayevin hansı şəraitdə zəhərləndiyi hələlik məlum deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR