İsmayıllıda 22 yaşlı qız itkin düşüb

İsmayıllıda 22 yaşlı qız itkin düşüb
# 28 mart 2016 14:31 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. İsmayıllı rayonunda 22 yaşlı qız itkin düşüb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, İsmayıllı şəhər sakini, 1994-cü il təvəllüdlü Məmmədli Nigar Əkbər qızı bu il martın 7-də saat 15 radələrində yaşadığı evdən xəbərsiz çıxaraq bir daha geri qayıtmayıb.

N. Məmmədlinin xarakterik əlamətləri aşağıdakılardır: Boyu 157 santimetr, gözlərinin rəngi yaşıl, qara düz uzun saçlı, sifəti yumrudur. Evdən çıxarkən əynində qara rəngli qış gödəkçəsi, göy rəngli cins şalvar, ayağında isə qara çəkmə olub. Onu görənlərdən və ya itkin düşmüş bu şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" xidmətinə, eləcə də (050) 280-45-00, (055) 513-37-13 nömrəli mobil və (0178) 5-44-87, 5-55-11 nömrəli telefonlara zəng vuraraq İsmayıllı Rayon Polis Şöbəsinin növbətçi hissəsinə xəbər vermələri xahiş olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR