Bakıda maşın 58 yaşlı qadını vurub öldürüb

Bakıda maşın 58 yaşlı qadını vurub öldürüb
# 27 iyul 2016 02:50 (UTC +04:00)

Bakı. Fərahim Qasımov-APA. Ötən gecə Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. APA-nın məlumatına görə, hadisə Mərdəkan qəsəbəsində qeydə alınıb. Yolu keçmək 58 yaşlı Ulduz Bəbir qızı Məmmədovanı "VAZ 21015" markalı avtomobil vurub.

Hadisəni törədən sürücü Kərim Abdulov daha sonra yaralını avtomobilinə qoyaraq xəstəxanaya aparıb. Həkimlərin səylərinə baxmayaraq, yaralını xilas etmək mümkün olmayıb. Hadisə barədə polisə məlumat verilib. Sürücü Kərim Abdulov polis tərəfindən saxlanılıb. Avtomobil isə cərimə meydançasına yerləşdirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 263.2 yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olma maddəsi ilə cinayət işi başlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR