"PASHA Bank-Georgia"nın rəhbərliyində dəyişiklik olub

"PASHA Bank-Georgia"nın rəhbərliyində dəyişiklik olub
# 22 yanvar 2016 12:02 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "PASHA Bank-Georgia"nın rəhbərliyində dəyişiklik olunub.

"APA-Economics"in məlumatına görə, "PASHA Bank-Georgia"nın Direktorlar Şurasının üzvü Anar İsmayılov vəzifəsindən uzaqlaşdırılıb. Bu vəzifə Çingiz Abdullayevə həvalə olunub. Ç. Abdullayev cari ilin yanvarın 13-dən vəzifəsinin icrasına başlayıb.

1999-cu ildə Qərb Universiteti, 2005-ci ildə isə Azərbaycan Dövlət İqtisad Universitetini bitirən Ç. Abdullayev öz karyerasına 2000-ci ildə Bakı Fond Birjasında Listinq şöbəsinin rəhbəri kimi başlayıb. 2003-cü ildən “Deloitte” şirkətində çalışan Ç. Abdullayev "KPMG Rusiya" və digər şirkətlərdə çalışıb. O, 2014-cü ildən “PASHA Bank-Georgia” maliyyə Menecementi departamentinin rəhbəri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, A. İsmayılov əvvəl "PAŞA Bank-Georgia"nın Direktorlar Şurasının sədri olub. Bundan öncə "PASHA Bank"ın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı vəzifəsini tutmuş Şahin Məmmədov 2014-cü ilin iyulun 1-dən bu vəzifəyə təyin ediləndən sonra A. İsmayılov Direktorlar Şurasının üzvü kimi fəaliyyətini davam etdirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR