"Azəriqaz" abonentlərinin sayını açıqlayıb

"Azəriqaz" abonentlərinin sayını açıqlayıb
# 11 mart 2016 09:24 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin fevral ayı ərzində SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyində əhali sektoru üzrə 18 504 yeni abonent qeydiyyata alınıb.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bunun da 2667-si Bakı və Sumqayıt şəhərlərinin, eləcə də Abşeron rayonunun, 15837-si isə regionların payına düşüb. Bununla da, ölkə üzrə təbii qazla təmin olunmuş abonentlərin sayı 1 869 274-ə çatıb.

Onu da qeyd edək ki, 01 mart 2016-cı il tarixinə olan məlumata görə, əhali sektoru üzrə 128 408 məcburi köçkün ailəsi dövlət tərəfindən ayrılmış limitə uyğun olaraq təbii qazla təmin olunub. Bundan əlavə, 350 məscid və dini məbədə təbii qazdan əvəzsiz istifadəsi üçün limit ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR