Prezident: “2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində cəmi 34 yoxlama keçirilib”

Prezident: “2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində cəmi 34 yoxlama keçirilib”
# 10 aprel 2016 04:46 (UTC +04:00)

Bakı-APA. “2016-cı ilin birinci rübü ərzində sahibkarlıq subyektlərində vergi istisna olmaqla, cəmi 34 yoxlama keçirilib. Müqayisə üçün deyim ki, 2015-ci ilin birinci rübündə 19 min 300 yoxlama keçirilib. Bu il isə 34. Bu rəqəmlərə şərh verməyə ehtiyac yoxdur”. APA-nın xəbər verir ki, bunu ötən gün Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib.

Prezident, beləliklə, Azərbaycanda azad sahibkarlığın, azad rəqabətin inkişafının sürətlə getdiyini qeyd edib: “Biz hələ bu yolun başlanğıcındayıq. Əminəm ki, görülən tədbirlər və gələcəkdə iqtisadi sahədə şəffaflığın təmin edilməsi nəticəsində Azərbaycanda sahibkarlıq daha da sürətlə inkişaf edəcək. Azərbaycana xarici sərmayə daha da böyük həcmdə gətiriləcək. Çünki xarici sərmayələri cəlb etmək üçün hüquqi baza, şəffaf iqtisadi və maliyyə sistemi olmalıdır və qanunun aliliyi təmin edilməlidir”.

“Əgər biz başqa ölkələrin təcrübəsinə baxsaq, görərik ki, sürətli inkişaf yoluna qədəm qoymuş ölkələr bu yolla gediblər və beləliklə, öz ölkələrini xarici sərmayə üçün çox cəlbedici ölkələrə çevirə biliblər. Bu gün istənilən ölkə xarici sərmayəni cəlb etməyə çalışır, hətta böyük maliyyə resurslarına malik olan ölkələr. Çünki bu, həm əlavə vəsaitdir, maliyyə resursudur, həm də əlavə imkanların yaradılmasıdır və biz də bu yolla getməliyik”, - deyə dövlət rəhbəri qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR