"Texnikabank"ın ləğvedicisi dəyişib

"Texnikabank"ın ləğvedicisi dəyişib
# 19 aprel 2016 11:36 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. “Texnikabank” ASC-nin ləğvedicisi dəyişib.

Əmanətlərin Sığortalanması Fondundan “APA-Economics”ə verilən məlumata görə, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1541/2016 saylı 13 aprel 2016-cı il tarixli qərardadı ilə ləğv prosesində olan “Texnikabank” ASC-nin ləğvedicisi “M.M.M. Perfekt Konsaltinq” MMC Əmanətlərin Sığortalanması Fondu ilə əvəzlənib.

Qeyd edilən tarixdən etibarən ləğvedicisi qismində bankın adından yalnız Əmanətlərin Sığortalanması Fondunun səlahiyyətli nümayəndəsinin etdiyi hərəkətlər hüquqi qüvvəyə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR