Fransada polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib

Fransada polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib
# 10 iyun 2016 20:28 (UTC +04:00)

Bakı-APA. Fransanın Marsel şəhərində polis və ingilis azarkeşləri arasında toqquşmalar baş verib.

APA-nın “AP” agentliyinə istinadən verdiyi xəbərə görə, bundan əvvəl ingilis azarkeşləri ilə yerli sakinlər arasında kütləvi dava olub.

Polis gözyaşardıcı qazdan istifadə etməyə məcbur olub. Hazırda asayiş keşikçiləri və 200-ə yaxın ingilis azarkeşləri arasında toqquşmalar Marsel şəhərinin limanı ətrafında davam edir.

Qeyd edək ki, iyunun 11-də Marseldə futbol üzrə Avropa Çempionatı çərçivəsində Rusiya – İngiltərə oyunu keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR