Azərbaycanda şəxsi dini cərəyana və dini təhsilə məcbur edənlərə 5 ilə qədər həbs cəzası tətbiq olunacaq

Azərbaycanda şəxsi dini cərəyana və dini təhsilə məcbur edənlərə 5 ilə qədər həbs cəzası tətbiq olunacaq
# 15 sentyabr 2016 11:36 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda dini fanatizm və dini radikalizm zəminində məcbur dini etiqada, məcbur dini mərasim keçirtməyə, dini cərəyana məcbur qoşulmağa vadar etməyə, o cümlədən məcbur dini təhsil almağa vadar etməyə görə sərt cəzalar tətbiq olunur. Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinə yeni 167-1.4 maddəsinin əlavə edilməsi təklif olunur.

Yeni maddəyə görə, dini düşmənçilik, dini radikalizm və ya dini fanatizm zəminində şəxsi hər hansı dinə (dini cərəyana) etiqad etməyə, o cümlədən dini ayin və mərasimləri yerinə yetirməyə , dini ayin və mərasimlərdə iştirak etməyə, habelə dini təhsil almağa məcbur etmə, 7 000 manatdan 9 000 manata qədər cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılacaq.

Layihə Milli Məclisə təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR