Ukraynadan Rusiyaya narkotik keçirən Azərbaycan vətəndaşı saxlanılıb

Ukraynadan Rusiyaya narkotik keçirən Azərbaycan vətəndaşı saxlanılıb
# 26 fevral 2016 07:00 (UTC +04:00)

Bakı. Türbət Bağırova-APA. Moskva vilayətində Ukraynadan Rusiyaya narkotiklər daşıyan cinayətkar qrup aşkarlanıb.

APA-nın “rusargument.ru” saytına istinadən verdiyi xəbərə görə, əməliyyat zamanı 46 yaşlı Azərbaycan vətəndaşı saxlanılıb.

Nəqliyyat vasitəsinə baxış keçirilən zaman polis Ukraynadan gətirilən polimer materiallara bükülü 8 paket marixuana aşkar edib.

Narkotiklərin dövriyyəsinə nəzarət üzrə Federal Xidmətin əməkdaşları faktla bağlı cinayət işinin açıldığını bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR