Funt manata qarşı 1,3% bahalaşıb

Funt manata qarşı 1,3% bahalaşıb
# 02 sentyabr 2016 07:24 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən "APA-Economics"ə verilən məlumata görə, ABŞ-ın milli valyutası olan dolların məzənnəsi sentyabr ayının 1-i ilə müqayisədə 0,25% möhkəmlənərək 1,6362 manat olub.

Avro manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası 0,68% möhkəmlənərək 1,8327 manat olub.

Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası 0,8% ucuzlaşaraq 0,0248 manat olub.

Türkiyə lirəsinin məzənnəsi 0,02% möhkəmlənərək 0,5518 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1730 manatdır. Beləliklə, funt sterlinq 1,28%-lik bahalaşma nümayiş etdirib.

Gürcüstan larisinin məzənnəsi 0,46% artaraq 0,7145 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR