Bakıda mənzildən meyit tapılıb

Bakıda mənzildən meyit tapılıb
# 29 yanvar 2016 22:04 (UTC +04:00)

Bakı – APA. Bakıda mənzildən meyit tapılıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda mənzildə 1933-cü il təvəllüdlü Evqeni Seldukun bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və E.Seldukun cəsədini aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 23:58-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR