Rusiya – Qana oyununu azərbaycanlı hakimlər idarə edəcək

Rusiya – Qana oyununu azərbaycanlı hakimlər idarə edəcək
# 29 avqust 2016 11:17 (UTC +04:00)

Bakı-APA. Azərbaycanlı FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq oyununu idarə edəcək. Apasport.az saytının məlumatına görə, həmyerlimiz milli komandaların matçına təyinat alıb.

Ağayev sentyabrın 6-da keçiriləcək Rusiya və Qana yığmaları arasında yoldaşlıq oyununda baş hakim olacaq. Onun köməkçiləri Zeynal Zeynalov və Rza Məmmədov olacaq.

Qeyd edək ki, Rusiya – Qana oyunu Moskvadakı “Lokomotiv” stadionunda keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR