Səfir: "İranda ermənilərin olimpiadası dini azlıqlara hörmət əlaməti olaraq keçirilir"

Səfir: "İranda ermənilərin olimpiadası dini azlıqlara hörmət əlaməti olaraq keçirilir"
# 16 sentyabr 2016 10:44 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA.“İranda yaşayan ermənilərin idman olimpiadasının keçirilməsi daxili tədbirdir və dini azlıqlara hörmət əlaməti olaraq təşkil edilib”.

APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin İranda ermənilərin idman olimpiadasının keçirilməsi və Dağlıq Qarabağ separatçılarının nümayəndələrinin bu yarışlarda iştirak etməsi barədə məlumatları şərh edərkən deyib. O bildirib ki, yarışların təşkilat komitəsi Gürcüstan və Ermənistanı qonaq kimi dəvət edib: “Bunlardan başqa heç bir ölkə və ya region yarışlarda iştirak etməyib. Hər hansı bir iştirakçı ölkənin idman geyimində başqa bir tərəfin gerbindən və ya simvolundan istifadə edilməsi təşkilat komitəsi ilə razılaşdırılmadan həyata keçirilib. Aydındır ki, İran İslam Respublikası idmanın siyasi məqsədlər üçün istifadəsini məqbul saymır və ölkəmizin Qarabağ münaqişəsi barədə siyasəti dəyişməyib. İranın məsul şəxsləri də məhz İranda yaşayan dini azlıqlara hörmət əlaməti olaraq bu tədbirdə iştirak ediblər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR