Kvirikaşvili: “Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahatıq”

Kvirikaşvili: “Dağlıq Qarabağ ətrafındakı vəziyyətdən narahatıq”
# 04 aprel 2016 10:39 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Gürcüstan baş naziri Giorgi Kvirikaşvili Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını ifadə edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, NATO həftəsi çərçivəsində keçirilən “Xalq diplomatiyası” forumunda çıxış edən baş nazir ölkəsinin beynəlxalq ictimaiyyətin köməyi ilə gərginliyin azaldılmasına nail olunacağına ümid etdiyini bildirib.

“Gürcüstanın qonşuluğunda eskalasiyanın artması ilə bağlı narahatlıq ifadə edirəm. Ümid edirik ki, beynəlxalq ictimaiyyətin köməyi lə gərginliyin azaldılmasına nail olunacaq. Bu, həm regionda, həm də kənarda sülh və sabitlik üçün çox vacibdir” ,- deyə o vurğulayıb.

Gürcüstan baş nazirinin müavini, energetika naziri Kaxa Kaladze isə rəsmi Tiflisin Bakı və İrəvan arasında gərginliyin azaldılması istiqamətində fəaliyyət göstərməyə hazır olduğunu bildirib.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR