Eros Ramazotti Bakıda konsert verəcək

Eros Ramazotti Bakıda konsert verəcək
# 14 dekabr 2015 08:48 (UTC +04:00)

Heydər Əliyev Mərkəzindən APA-va verilən məlumata görə, möhtəşəm şounun biletləri yanvar ayından satışa çıxarılacaq.

Mərkəzin dəstəyi ilə keçiriləcək konsertin 2016-cı il aprelin 24-də baş tutacağı gözlənilir.

1982-ci ildə ilk mahnısını təqdim edən bəstəkar-müğənni Eros Ramazotti iki il sonra San-Remo festivalında çıxış edib. Festivalın “Debütantlar” nominasiyasında qalib olan Ramazotti karyerasına məşhur müğənni kimi imza atıb.

Bu günədək 13 musiqi albomu işıq üzü görən Eros Ramazottinin mahnıları İtaliya, Almaniya, Avstriya və Avropanın bir sıra ölkələrində musiqi hitlərinə liderlik edib. Eros Ramazottinin 2015-ci ildə çıxan 13-cü “Perfetto” adlı musiqi albomu 38 ölkədə “ən yaxşı 20-lər” sırasına daxil olub.

Qeyd edək ki, Ramazottinin Bakı konserti də “Perfetto” dünya turu çərçivəsində təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR