Memarlıq və İnşaat Universitetində “Bilik günü" qeyd olunub

Memarlıq və İnşaat Universitetində “Bilik günü" qeyd olunub
# 15 sentyabr 2016 10:57 (UTC +04:00)

Bakı-APA. Sentyabrın 15-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Bilik günü münasibətilə tədbir keçirilib.

Universitetin mətbuat xidmətindən APA-ya bildirilib ki, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova tələbələri, professor-müəllim heyətini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edib, prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, bu sahədə aparılan köklü islahatlardan, habelə bu il universitetdə aparılan quruculuq işlərindən danışıb. Eyni zamanda rektor bu ilki qəbul prosesinə toxunaraq, yüksək balla universitetə daxil olub tələbə adını qazanan abituriyentləri də təbrik edib.

G. Məmmədova qeyd edib ki, universitetin Azərbaycan və rus bölmələrinin bakalavr pilləsinə 2016/2017-cı tədris ili üçün 23 ixtisas üzrə 1445 abituriyent qəbul olaraq tələbə adını qazanıb. Onlardan 488 nəfəri dövlət sifarişi, 957 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq. Rektor vurğulayıb ki, qəbul planının yerinə yetirilməsi təkcə sayda deyil, eyni zamanda keyfiyyətdə də özünü göstərir. Qəbul olunanlar arasında ən yüksək nəticə göstərən Cəmil Mustafazadə 685 balla “Memarlıq” ixtisasını seçib, prezident təqaüdünə layiq görülüb: “Yüksək göstəricilər AzMİU-nun “İnşaat mühəndisliyi” ixtisasının (ingilis bölməsi) payına düşür ki, orada orta keçid balı 516 bal olmaqla, Universitet üzrə orta keçid balından çox yüksəkdir. Digər ixtisaslarda da 500-dən yüksək bal toplayaraq ,tələbə adını qazanan abituriyentlər çoxluq təşkil edir. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan bakalavrlar magistr adını qazanıblar. Magistraturaya qəbul olunan 160 bakalavrdan 114-ü dövlət hesabına, 46 nəfəri isə ödənişli əsaslarla təhsil alacaq”.

Energetika nazirinin müavini Natiq Abbasov çıxış edərək, bir vaxtlar təhsil aldığı bu ali məktəbə qonaq kimi dəvət olunduğunu deyib.

Tədbirin sonunda universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim olunub, onlarla xatirə şəkli çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR