Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var

Tovuzda iki avtomobil toqquşub, xəsarət alanlar var
# 31 avqust 2016 22:22 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda üç nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Bayramlı kəndində qeydə alınıb.

“Niva” və “VAZ2107” markalı avtomobillərin toqquşması nəticəsində “Niva” nın sürücüsü, Qovlar şəhər sakini 1974-cü il təvəllüdlü Müşviq Əliyev və “VAZ”ın sürücüsü və sərnişini, Bayramlı kənd sakinləri iki qardaş 1986-cı il təvəllüdlü Məsim və 1992-ci il təvəllüdlü Əlixan Ələsgərovlar müxtəlif bədən xəsarətləri alaraq Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib. Vəziyyətlərinin normal olduğu bildirilir.

Faklta bağlı Tovuz rayon Polis şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR