NATO nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah verən ölkə münaqişənin həllinə xidmət etmir"

NATO nümayəndəsi: "Dağlıq Qarabağ münaqişəsi tərəflərinə silah verən ölkə münaqişənin həllinə xidmət etmir"
# 03 noyabr 2015 09:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. "Dağlıq Qarabağ münaqişəsi tərəflərindən hər hansı birinə silah verən ölkə faktiki olaraq münaqişənin davam etməsinə xidmət edir".

APA-nın "news.am" saytına istinadən verdiyi xəbərə görə, bu sözləri NATO-nun Cənubi Qafqaz üzrə əlaqə zabiti Uilyam Lahyu (William Lahue) Ermənistandakı NATO Həftəsi çərçivəsində keçirilən mətbuat konfrasında deyib. O xatırladıb ki, NATO münaqişənin tənzimlənməsi prosesində bilavasitə iştirak etmir: “Bu məsələ ilə məşğul olan təşkilatlar var. Davam etməkdə olan problem bütün regiona təsir edir. Mənfi təsir təkcə təhlükəsizliklə bağlı deyil, həm də bölgənin gələcəyi və iqtisadi inkişaf baxımından da özünü göstərir”.

NATO təmsilçisi Dağlıq Qarabağda sülhməramlıların yerləşdirilməsinin NATO-nun məqsədlərinə daxil olmadığını söyləyib: “Əgər Ermənistan, Azərbaycan və digər maraqlı tərəflər istəsələr, bu, müzakirə edilə bilər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR