Bakı-Sumqayıt-Bakı elektrik qatarının yüz mininci sərnişini bəlli olub  - FOTO

Bakı-Sumqayıt-Bakı elektrik qatarının yüz mininci sərnişini bəlli olub  - FOTO
# 13 noyabr 2015 13:36 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. 13 noyabrda Bakı-Sumqayıt-Bakı elektrik qatarının xidmətlərindən istifadə edən yüz mininci sərnişin bəlli olub.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, biletin sahibi Azərbaycan Memarlıq və İnşaat Universitetinin 1 kurs tələbəsi, Laçın rayonundan olan məcburi köçkün, 1998-ci il təvəllüdlü Tacan Kərimlidir.

“Azərbaycan Dəmir Yolları” QSC Sərnişin daşımaları Departamentinin rəis müavini Mədəd Şıxəmirov Tacan Kərimlini 100 mininci sərnişin olması münasibətilə Azərbaycan Dəmir Yolları” QSC rəhbərliyi adından təbrik etdi, ona biznes-klass vaqonunda 1 (bir) ay ərzində pulsuz gediş sertifikatını və hədiyyələr təqdim edib. Sonra Tacan Kərimli KİV nümayəndələrinin və dəmir yolu nümayəndələrinin müşayiəti ilə biznes-klass vaqonunda yerini tutub.

Qeyd edək ki, sentyabr ayının 12-dən Bakı-Sumqayıt-Bakı marşrutu ilə “Stadler Rail Group” şirkətinin istehsalı olan yüksək komfort şəraitli KİSS markalı ikimərtəbəli elektrik qatarları hərəkətə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR