Tovuz sakinini avtomobil vurub

Tovuz sakinini avtomobil vurub
# 19 fevral 2016 21:34 (UTC +04:00)

Tovuz. Azər Məmmədli – APA. Tovuzda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Ağdam kənd sakini, 1980-ci il təvəllüdlü Sakit Sadıqov qapalı kəllə beyin travması diaqnozu ilə Tovuz Mərkəzi rayon xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Məlumata görə, S. Sadıqovu avtomobil vurub. Lakin hadisənin hansı şəraitdə olduğu hələ ki, məlum deyil.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR