Şəmkir sakini sirkə turşusundan zəhərlənib

Şəmkir sakini sirkə turşusundan zəhərlənib
# 25 fevral 2016 08:23 (UTC +04:00)

Şəmkir. Azər Məmmədli – APA. Şəmkirdə zəhərlənmə hadisəsi olub.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, Şəmkir şəhər sakini, 1987-ci il təvəllüdlü Vüsal Quluyev sirkə turşusundan ağır dərəcəli zəhərlənmə əlaməti ilə Şəmkir rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Ona dərhal tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir. İlkin ehtimallara görə, V.Quliyev məlum olmayan səbəbdən intihar etmək məqsədi ilə sirkə turşusu içib.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR