Maliyyə Nazirliyi dövlət istiqrazlarının emissiyasına hazırlaşır

Maliyyə Nazirliyi  dövlət istiqrazlarının emissiyasına hazırlaşır
# 21 iyul 2016 15:19 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə – APA-Economics. İyulun 26-da Bakı Fond Birjasında Maliyyə Nazirliyinin dövlət istiqrazlarının yerləşdirilməsinə başlanacaq.


Bakı Fond Birjasından “APA-Economics”ə verilən məlumata görə, emissiyanın həcmi 10 mln. manat, yerləşdiriləcək istiqrazların sayı 10 min ədəd, bir istiqrazın nominal dəyəri isə 100 manatdır. İstiqrazların tədavül müddəti 364 gündür.


Yerləşdirmədə anderrayter kimi “Paşa Kapital” QSC çıxış edəcək.

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR