Kürdəmirdə iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var - YENİLƏNİB

Kürdəmirdə iki avtomobil toqquşub, ölənlər və xəsarət alanlar var - <span style="color: red;">YENİLƏNİB
# 05 avqust 2016 14:30 (UTC +04:00)

Bakı-APA. Fövqəladə Hallar Nazirliyi (FHN) Kürdəmirdə baş verən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat açıqlayıb.

APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Kürdəmir rayonu, Xırdapay kəndində “KİA” markalı minik avtomobilinin “VAZ” markalı minik avtomobili ilə toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verməsi barədə məlumat daxil olub.

Qəza nəticəsində “KİA” markalı avtomobilin sürücüsü, 1981-ci il təvəllüdlü Ələkbərov Əli Əsəd oğlu və 1983-cü il təvəllüdlü Salahova Leyla Yunus qızı ağır bədən xəsarətlərindən hadisə yerində vəfat edib, 2 nəfər sərnişin xəsarət alıb.

“VAZ” markalı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəsəd və xəsarət alanlar yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.

***

15.22

Kürdəmir. Zahid Abışov - APA. Kürdəmir rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün günorta saatlarında Bakı-Qazax əsas magistral yolunun 196-cı kilometrliyinin Kürdəmir rayonundan keçən hissəsində qeydə alınıb.

Bakı şəhər sakini Əli Əsəd oğlu Əkbərovun idarə etdiyi "KİA" markalı minik maşını ilə Kürdəmir rayonunun Şilyan kənd sakini Səftər Heydər oğlu Məmmədovun idarə etdiyi "VAZ 2107" markalı minik maşını toqquşub. Nəticədə hər iki sürücü və "KİA" markalı minik maşınının sərnişinləri - sürücünün həyat yoldaşı, Leyla Yunus qızı Salahova, onların 2 aylıq övladları Yunus Əli oğlu Əkbərov və sürücünün qayınatası Yunus Əsgərxan oğlu Salahov ağır bədən xəsarətləri alıblar.

Xəsarət alanlar təcili olaraq Kürdəmir Mərkəzi Rayon Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlərin səylərinə baxmayaraq 33 yaşlı L. Salahova xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR