Sumqayıtda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var

Sumqayıtda yanğınla nəticələnən partlayış olub, xəsarət alan var
# 12 avqust 2016 13:44 (UTC +04:00)

Bakı-APA. Sumqayıt şəhərində vətəndaşa məxsus evin həyətində yanğınla nəticələnən partlayış baş verib.

APA-nın FHN-in saytına istinaən verdiyi məlumata görə, nəticədə ərazidə 5 kvadratmetr sahədə taxta tullantıları və "ZAZ" markalı minik avtomobilinin yanar hissələri yanıb.

Hadisə zamanı avtomobilin sahibi yanıq xəsarəti alıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR