Metroda sərnişinin halı pisləşib

Metroda sərnişinin halı pisləşib
# 23 sentyabr 2016 12:14 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Metropoliteninin "28 May" stansiyasında orta yaşlı qadın huşunu itirərək yıxılıb.

APA-nın xəbərinə görə, hadisə yerində olanlar ona kömək göstərməyə çalışıblar, lakin qadın özünə gəlməyib.

Daha sonra polis əməkdaşları tibbi yardım göstərilməsi üçün onu stansiyadan çıxarıblar.

Qadının kimliyi məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR