MTRŞ "Space" radiosunun fəaliyyətini bir günlük dayandırmasına aydınlıq gətirib

MTRŞ "Space" radiosunun fəaliyyətini bir günlük dayandırmasına aydınlıq gətirib
# 30 sentyabr 2016 12:25 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. “Space" radiokompaniyasının ötən gün fəaliyyət göstərməməsi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Radio-Televiziya Yayımı və Peyk Rabitəsi İstehsalat Birliyinə borcu ilə əlaqədar olub.

Bu barədə APA-ya açıqlamasında Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Radionun artıq fəaliyyətini bərpa etdiyini deyən N. Məhərrəmli deyib ki, bu, İstehsalat Birliyi ilə “Space” radiokampaniyası arasında olan texniki məsələdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR