SOCAR: Martda BTC ilə neft nəqli 4% artıb

SOCAR: Martda BTC ilə neft nəqli 4% artıb
# 07 aprel 2016 10:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin mart ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 623 min 733 ton Azərbaycan nefti nəql olunub.


"APA-Economics" SOCAR-ın açıqladığı statistik göstəricilərə istinadən xəbər verir ki, bu, ötən ilin mart ayı ilə müqayisədə 4,04% çoxdur.

Bu ilin yanvar-mart aylarında bu kəmərlə 7 mln. 313 min 312 ton neft ötürülüb. Bu da ötən ilin yanvar-mart ayları ilə müqayisədə 1,26% çoxdur.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il aprel ayının 1-ə qədər BTC-yə 299 milyon 988 min 701 ton neft vurulub.

Bundan başqa, bu ilin mart ayında BTC kəməri ilə 440 min 162 ton Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR