Metronun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb

Metronun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb
# 08 aprel 2016 07:41 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Bakı metrosunun "Həzi Aslanov" stansiyasında eskalatorun təmiri başa çatıb.

"APA-Economics" xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev məlumat verib.

"Stansiyasının ikinci vestibülündə yerləşən 1 saylı eskalator bu gündən etibarən sərnişinlərin istifadəsindədir", - deyə N. Paşayev bildirib.

Qeyd edək ki, adıçəkilən eskalator 11 mart tarixində təmirə dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR