Gəncədə yaşayış evinə basqın edən şəxs tutulub

Gəncədə yaşayış evinə basqın edən şəxs tutulub
# 15 aprel 2016 10:20 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Gəncədə yaşayış evinə basqın edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 11-də Gəncə şəhər sakini Sevda Tağıyevanın evinə girib onu bıçaqla hədələyərək pul və qızıl əşyalar verməsini tələb edən, səs-küy yarandığından istədiyinə nail ola bilməyib hadisə yerini tərk etmiş şəhər sakini Şükür Əşrəfov tutulub.

Onun daha bir evdən oğurluğa cəhd göstərməsi də müəyyən edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR