Dövlət müəssisə və təşkilatlarının aktivlərinin satışının Nazirlər Kabineti ilə razılaşdırılması təklif edilib

Dövlət müəssisə və təşkilatlarının aktivlərinin satışının Nazirlər Kabineti ilə razılaşdırılması təklif edilib
# 14 aprel 2016 13:16 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Dövlət müəssisə və təşkilatlarının aktivlərinin satışının Nazirlər Kabineti ilə razılaşdırılması təklif olunur.

APA-nın məlumatına görə, Hesablama Palatası bununla bağlı əsaslandırılmış təklifi Nazirlər Kabinetinə təqdim edib.

Təklifdə qeyd edilib ki, Nazirlər Kabinetinin 2005-ci il 20 aprel tarixli 73 nömrəli qərarı ilə “Xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəriciləri” təsdiq edilib. Eyni zamanda, Nazirlər Kabinetinin 2004-cü il 6 noyabr tarixli 177 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət müəssisə və təşkilatlarının, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələrin balansında olan yararsız hala düşmüş, həmçinin oğurlanmış və ya naməlum şəraitdə itmiş əsas vəsaitlərin (fondların) silinməsi və bu vəsaitlərin söküntüsündən əldə edilən material qiymətlilərinin satışı üzrə Qaydalar”ın 2.11-ci maddəsinə əsasən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) silinməsi barədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən rəyin verilməsi Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilir. Hesablama Palatası dövlət əmlakının idarə olunmasının daha da təkmilləşdirilməsi, o cümlədən xüsusi əhəmiyyətli əsas vəsaitlərin üzərində dövlət nəzarətinin daha da gücləndirilməsi məqsədilə dövlət müəssisə və təşkilatları, habelə nizamnamə kapitalında dövlətin payı olan müəssisələr tərəfindən xüsusi əhəmiyyətli əsas vəsaitlərin (fondların) meyar göstəricilərinə uyğun olan aktivlərinin bu və ya digər səbəblərdən təqdim edilməsi (satılması) üzrə əməliyyatların da Nazirlər Kabineti ilə razılaşdırılmaqla həyata keçirilməsinin qanunvericilik aktlarında nəzərdə tutulmasını təklif edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR