ANS-in "Hesabat" verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb

ANS-in "Hesabat" verilişi ilə bağlı qərarın icrası müvəqqəti dayandırılıb
# 23 yanvar 2016 09:37 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. ""Hesabat" verilişi ilə bağlı qəbul edilən qərarın icrasını müvəqqəti dayandırırıq”.

APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli ANS televiziyası tərəfindən yol verilmiş qanun pozuntuları ilə bağlı keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, ANS telekanalının səmimi etirafları nəzərə alınaraq bu addım atılıb.

Xatırladaq ki, MTRŞ yanvarın 22-də ANS-in "Hesabat" proqramının yayımının 1 ay müddətində dayandırılması barədə qərar qəbul edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR