Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbərliyində dəyişiklik olub

Azərbaycan Türkiyə İş Adamları Birliyinin rəhbərliyində dəyişiklik olub
# 06 may 2016 09:37 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Mayın 5-də Azərbaycan Türkiyə İş Adamları Birliyinin (ATİB) ofisində təşkilatın Ümumi Yığıncağının növbəti iclası keçirilib.

ATİB-dən “APA-Economics”ə verilən məlumata görə, iclasda prosedura uyğun olaraq Ümumi Yığıncağın iştirakçıları tərəfindən iclasın sədri və katiblər seçilib. İclasın sədri ATİB üzvü olan Ali İhsan Genç, 1-ci katib ATİB PR Manager Gülnar Şirinova, 2-ci katib ATİB üzvü olan “Akkord” Şirkətlər Qrupundan Uğur Babayev seçilib.

Gündəliyə uyğun olaraq ATİB İdarə Heyətinin sədri Cemal Yangın İdarə Heyətinin 2015-ci il üzrə fəaliyyət hesabatını təqdim edib. Daha sonra Təftiş komissiyasının sədri, ATİB üzvü olan “Axa Mbask” şirkətinin İdarə Heyətinin sədri Selçuk Adıgüzel 2015-ci il üzrə maliyyə hesabatları barədə komissiyanın rəyini təqdim edib.

İclasda İdarə Heyətinə yeni üzvlərin seçilməsi məsələsinə də baxılıb. İşlərinin çoxluğu səbəbindən İdarə Heyətinin üzvü Rəşad Rəsullu və Azərbaycandakı iş həyatının bitməsi ilə əlaqədar İdarə Heyətinin üzvü Ali Gümüşün xahişi ilə onlar İdarə Heyəti üzvlüyündən azad ediliblər. Onların yerinə “Ziraat Bank” Azərbaycanın İdarə Heyətinin sədri Avni Demirci və “Azercell” şirkətinin prezidenti Vahid Mürsəliyev ATİB İdarə Heyətinə üzv seçiliblər.

Daha sonra ATİB Baş Katibi Pərvanə Hacıyeva 2016-cı il üçün büdcəsini təqdim edib və sənədlər iclas iştirakçıları tərəfindən təsdiqlənib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR