Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilib

Bakıda cüdo üzrə beynəlxalq seminar keçirilib
# 10 may 2016 13:40 (UTC +04:00)

Bakı – APA. Bu gün Avropa otelində cüdo hakimləri və məşqçiləri üçün seminar keçirilib. Apasport.az saytının məlumatına görə, kurslar Beynəlxalq Cüdo Federasiyasının Hakimlər Komitəsinin direktoru Bern Ahilles və komitə üzvü, yarışların komissarı Paskal Tonino Çurlia tərəfindən aparılıb.

Beynəlxalq seminarda müxtəlif yarışlarda mübahisəli vəziyyətlər, qayda dəyişikliklərindən əvvəl və sonrakı texnikanın və yarış nəticələrinin statistik müqayisələri, neqativ-pozitiv cüdo, hücum-müdafiə və s. texniki-taktiki aspektlər geniş müzakirə olunub. Müvafiq video materiallar üzərində fikir mübadiləsi aparılıb. 100-ə yaxın iştirakçının olduğu seminarda hakim və məşqçilərimizin fəallıq göstərərək əksər suallara doğru cavab verməsi və vəziyyətlərə aid maraqlı suallar vermələri seminar rəhbərlərini razı salıb. Təmsilçilərimizin bu fəallığı müsbət hal kimi qiymətləndirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR