SOCAR qaz hasilatını 6%-dən çox azaldıb

SOCAR qaz hasilatını 6%-dən çox azaldıb
# 20 may 2016 10:08 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin aprel ayında SOCAR tərəfindən 519,2 min kubmetr qaz hasil edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 6,55% azdır.

"APA-Economics" SOCAR-ın açıqladığı statistik rəqəmlərə istinadən xəbər verir ki, bu ilin mart ayı ilə müqayisədə isə SOCAR apreldə qaz hasilatını 5,22% azaldıb.

Bu ilin yanvar-aprel aylarında dövlət neft şirkəti tərəfindən həyata keçirilən təbii qaz hasilatı 2 mln. 114,5 min kubmetrə bərabər olub ki, bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 4,98% azdır.

Qeyd edək ki, bu ilin yanvar ayında SOCAR tərəfindən 543,1 min, fevral ayında 504,4 min, mart ayında isə 547,8 min kubmetr təbii qaz hasil edilib.

Bu ilin aprel ayında bütün ölkə üzrə 2 474,9 min kubmetr qaz hasil edilib ki, bu da 2015-ci ilin eyni ayı ilə müqayisədə 0,3% azdır. Bu ilin mart ayı ilə müqayisədə isə bu rəqəm 4,18% azdır.

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 965,9 min kubmetr təbii qaz hasil olunub ki, bu da 2015-ci ilin dörd ayı ilə müqayisədə 0,69% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar ayında ölkə üzrə 2 520 min, fevral ayında 2 368 min, mart ayında isə 2 583 min kubmetr təbii qaz hasil edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR