Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib

Səudiyyə Ərəbistanı kralı Azərbaycan prezidentini təbrik edib
# 20 may 2016 15:38 (UTC +04:00)

Bakı – APA. Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan prezidenti İlham Əliyevi 28 May-Respublika Günü münasibəti ilə təbrik edib.

APA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı kralının məktubunda deyilir:

“Ölkənizin milli bayramı münasibətilə Səudiyyə Ərəbistanı Krallığının xalqı və hökuməti adından, şəxsən öz adımızdan Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan xalqına davamlı inkişaf və çiçəklənmə arzu edirik”.

Dövlət başçısı həmçinin Səudiyyə Ərəbistanı Krallığı vəliəhdinin varisi, baş nazirin ikinci müavini, müdafiə naziri Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud və Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, baş nazirin müavini, daxili işlər naziri Məhəmməd bin Nayif bin Əbdüləziz Al Səud təbrik ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR